36 C
Baku
Tuesday, August 16, 2022

Tramp hakimiyyəti Baydenə təhvil verməyə başlamağa icazə verdi

ABŞ prezidenti Donald Tramp, administrasiyasına hakimiyyəti Co Baydenə təhvil verməyə başlamağa icazə verib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Daha əvvəl CNN kanalının bildirdiyi kimi, Ümumi Xidmətlər İdarəsi (GSA) və onun rəhbəri Emili Merfi Baydeni prezident seçkilərinin qalibi olaraq tanıyıb və hakimiyyətin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

“Bizim işimiz davam edir, biz mübarizə aparacağıq, əminəm ki, qalib olacağıq! Buna baxmayaraq, ölkəmizin maraqlarından çıxış edərək, Emili Merfi və onun komandasına protokollara uyğun olaraq lazım olan hər şeyi etmələrini tövsiyə edirəm”, – deyə Tramp öz “Twitter” səhifəsində yazıb.

Beləliklə, bundan elə nəticəyə gələ bilərik ki, o, məğlubiyyətini hələ də qəbul etməyib.

Son xəbərlər
Oxşar xəbərlər