19 C
Baku
Friday, October 4, 2024

Tramp Harrislə debatların ikinci raundundan imtina edib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi, vitse-prezident Kamala Harrislə debatların ikinci raundundan çəkildiyini bildirib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Birinci debatdan bir gün sonra cənab Tramp “NBC” və ya “Fox News”a verdiyi müsahibədə debatların ikinci raunduna razılaşacağını deyib. Lakin dünən, sentyabrın 12-də o, tədbirin xanım Harrisin mövqeyini yaxşılaşdırmaq şansı olacağını əsas gətirərək onları keçirməkdən imtina edib. Respublikaçı əmindir ki, debatların birinci raundunda ən yaxşı nəticəni göstərib.

Kamala Harris hesab edir ki, seçicilərin növbəti prezident debatına ehtiyacı var. “İki gün əvvəl Donald Trampla ilk debatımız oldu. Biz seçicilərə daha bir debat keçirməyi borcluyuq”, – xanım Harris “X” sosial şəbəkəsində yazıb.

Son xəbərlər
Digər xəbərlər