32 C
Baku
Saturday, August 9, 2025

Tramp hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi dünya müharibəsinə çevrilə bilər

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi dünya müharibəsinə çevrilə bilər, lakin indi belə bir təhlükə yoxdur.

Bunu Tramp Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli mərasimdə deyib.

“Dünya müharibəsi ola bilərdi. Mən də bunun qarşısını aldım”, – ABŞ lideri administrasiyasının münaqişənin həlli istiqamətində göstərdiyi səylərə toxunaraq deyib.

“İndi yeganə sual bunu necə həll etməkdir. Bu, çox tezliklə baş verə bilər. Mən olmasaydım, dünya müharibəsi olardı”, – Tramp vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər