ABŞ prezidenti Donald Tramp Hindistana qarşı 25% tarif tətbiq edib. ABŞ prezidenti həmçinin bəyan edib ki, Hindistan Rusiyanın enerji resursları və silahlarının alınması da daxil olmaqla 25%-dən çox cərimə “ödəyəcək”.
Xatırladaq ki, ABŞ aprelin 2-də Hindistan mallarına 26% rüsum tətbiq edib, lakin sonra iki tərəfin ticarət razılaşmasına nail olması üçün onları dayandırıb. Bu müddət avqustun 1-də başa çatır. ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qir dünən bildirib ki, Hindistanla danışıqlar aparmaq üçün bu ölkənin öz bazarını Amerika ixracatına açmaq istəyini qiymətləndirmək lazımdır.