16 C
Baku
Friday, April 26, 2024

Tramp hökuməti İran şirkətlərini Azərbaycanla əməkdaşlığa icazə verdi

ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi bu gündən qüvvəyə minəcək. Bu tarixdən etibarən İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinə beynəlxalq məhdudiyyətlər tətbiq ediləcək, iqtisadiyyatı neftə əsaslanan İrandan neft və məhsullarının satışına sanksiyalar tətbiq olunacaqdır.
Lakin, ABŞ Maliyyə Nazirliyi tərəfindən edilən digər şərhdə, Azərbaycanın Şahdəniz hövzəsindəki təbii qazını Türkiyəyə və buradan Avropaya daşıyacaq layihələrdə İranlı şirkətlərin də iştirak etməsinə icazə verildi. Banker.az bildirir ki, bu barədə unikal.org resursu yazır.
ABŞ Maliyyə Nazirliyinin bu qərarın verməsinin səbəbini də açıqlayıb. Açıqlamada vurğulanıb ki, bu qərarın verilməsinə səbəb Türkiyə və Azərbaycanın Avropa enerji təhlükəsizliyin təmini, bu ölkə vasitəsilə Rusiya və İran Hökumətlərinin müstəqil enerji siyasəyti yürütməsidir.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər