8 C
Baku
Thursday, March 20, 2025

Tramp idxal rüsumları fonunda FED-i faiz dərəcələrini azaltmağa çağırıb

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sistemini (FED) idxal rüsumlarının tətbiqi fonunda əsas faiz dərəcəsini aşağı salmaq üçün hərəkətə keçməyə çağırıb.

O, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

Çərşənbə günü ölkənin Mərkəzi Bankı kimi fəaliyyət göstərən FED uçot dərəcəsini 4,25-4,5% səviyyəsində saxlayıb. “ABŞ tarifləri iqtisadiyyata sızmağa başladığı üçün FED dərəcələri azaltsa, daha yaxşı olardı. Düz hərəkət edin. İki aprel Amerikanın Qurtuluş Günüdür”, – paylaşımda deyilir.

Daha əvvəl Tramp aprelin 2-dən idxal olunan mallara cavab rüsumları tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər