ABŞ prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasında impiçment proseduru çərçivəsində ona qarşı irəli sürülən maddələr üzrə səsverməni Demokrat Partiyasının siyasi intiharı adlandırıb.
Ağ Ev rəhbəri belə bəyanatla Miçiqan ştatında tərəfdarları qarşısında çıxış edib.
“Bu qanunsuz və siyasi impiçment Demokrat Partiyasının siyasi intihar marşıdır”, – o deyib.
Qeyd edək ki, daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti üzrə iki – “Səlahiyyətlərin aşılması” və “Konqresə mane olma” maddələrinə səs verib.
©Report