8 C
Baku
Wednesday, October 30, 2024

Tramp inanır ki, Ağ Evə qayıdacaq

ABŞ-ın 45-ci prezidenti Donald Tramp Ağ Evə qayıdacağına eyham vurub. O, bu il keçiriləcək aralıq seçkilərində Respublikaçılar Partiyasının qalib gələcəyinə inandığını bildirib.

Məlumatlara görə, seçicilərin yüksək inflyasiya qorxusu demokratların seçkilərdə qələbə ümidini sarsıdıb, Co Baydenin reytinqi isə 50%-dən aşağı düşüb. Eyni zamanda müxalifət partiyaları da aralıq seçkilərdə tarixi nəticələr gözləyirlər.

Sorğular göstərir ki, respublikaçılar ABŞ Nümayəndələr Palatasına və ola bilsin ki, Senata nəzarəti ələ keçirə bilərlər. Bu da onlara növbəti iki il ərzində Baydenin təşəbbüslərini əngəlləməyə imkan verəcək.

“İndi isə ölkəmizi uğurlu, təhlükəsiz və şanlı etmək üçün mən bunu çox güman ki, yenidən edəcəm. Hazır ol, tezliklə”, – deyə Tramp qeyd edib.

Trampın 2024-cü ildə namizədliyini irəli sürəcəyi bildirilir. Eyni zamanda siyasətçi fikir ayrılıqları yaradan fiqur olaraq qalır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər