ABŞ-nin seçilmiş prezidenti Donald Tramp vəzifəyə başladığı ilk gün təxminən 100 fərman imzalayacağını açıqlayıb.
Bunu respublikaçının mətbuat qrupuna daxil olan jurnalistlər bildiriblər.
“Vəzifəyə başladıqdan bir neçə saat sonra onlarla fərman imzalayacağam, onların sayı yüzə yaxın olacaq”, – seçilmiş Amerika liderinin sözlərini mətbuat qrupu belə çatdırıb.
Tramp əlavə edib ki, sənədlər “Baydenin etdiyi bir çox şeyi ləğv etməyə” yönələcək.