ABŞ prezidenti Donald Tramp Tehranın xoş niyyətinin göstəricisi olaraq Vaşinqtona səkkiz tanker neft vəd etdiyini bildirib.
Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb
“Onlar dedilər: “Sizə əlaqələrə ciddi yanaşdığımızı göstərmək üçün səkkiz tanker neft verəcəyik”. Bu, iki gün əvvəl baş vermişdi”, – Tramp deyib.





