9 C
Baku
Wednesday, March 4, 2026

Tramp: İran üçün ən pis ssenari bu ola bilər

ABŞ prezidenti Donald Tramp hesab edir ki, İranda yeni hakimiyyət əvvəlki kimi pis olarsa, bu, hadisələrin inkişafı üçün ən pis ssenari olacaq. O, bunu dünən Almaniya kansleri Fridrix Merz ilə görüşündə bildirib.

“Yəqin ki, ən pis ssenari belə olacaq: biz bunu etdik (İranda hərbi əməliyyat keçirdik — red.), sonra isə əvvəlki kimi pis olan biri hakimiyyətə gəldi… Bu baş verə bilər. Biz bunu istəmirik”, — deyə cənab Tramp bildirib.

ABŞ və İsrail fevralın 28-də İranda hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərq ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirir. Hücum zamanı İranın ali rəhbəri Əli Xamenei öldürülüb.

“Iran International” xəbər verir ki, yeni ali rəhbər vəzifəsinə Əli Xameneinin oğlu təyin olunub.

Son xəbərlər
Digər xəbərlər