ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın nə vaxt başa çatacağına İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə qərar verəcəklərrini açıqlayıb.
Tramp bu barədə “The Times of Israel” qəzetinə verdiyi müsahibədə danışıb.
“Düşünürəm ki, bu, birgə qərardır. Çox da vacib deyil. Mən qərarı uyğun vaxtda verəcəyəm, amma hər şey nəzərə alınacaq”, – Tramp deyib.





