6 C
Baku
Şənbə, Yanvar 22, 2022

Tramp İrana qarşı güc tətbiqinə veto qoyub

ABŞ prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrini İrana qarşı istifadə səlahiyyətlərini məhdudlaşdıran qətnaməyə veto qoyub.

Banker.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən “Axios” məlumat verib.

Tramp bu qətnaməni “həddən artıq təhqiramiz” adlandırıb. Amerika liderinin sözlərinə görə, qətnamə “faktlar və qanunvericilik anlaşılmazlığına” əsaslanır və ABŞ İrana qarşı güc tətbiq etmir, 2020-ci ilin yanvar ayının əvvəlində iranlı general Kassem Süleymaninin ləğvi isə qanuni olmuşdur.

ABŞ prezidenti veto qoyduğu qətmanənin “dövlətləri, onların müttəfiqlərini və tərəfdaşlarını qorumaq” qabiliyyətini məhdudlaşdıra biləcəyinə əmindir. Tramp Konstitusiyaya uyğun olaraq “prezidentin müxaliflərin növbəti addımlarını qabaqcadan görmək və qarşısını almaq imkanına malik olmalı olduğunu” bildirib.

Xatırladaq ki, bu qətnamə senator-demokrat Tim Keyn tərəfindən yanvarın əvvəlində hazırlanmışdır. Bunun əsas səbəbi isə İran generalı Süleymaninin yanvarın 3-də Bağdad hava limanının ərazisində öldürülməsi idi.

Fevral ayında Senat, bir ay sonra isə Nümayəndələr Palatası qətnaməni təsdiqlədi (227 konqressmen).

Son xəbərlər
Oxşar xəbərlər