Tramp İrana qarşı sanksiyaları gücləndirmək qərarına gəldi

0

ABŞ prezidenti Donald Tramp, İrana qarşı sanksiyaları gücləndirmək qərarına gəldiyini bildirib.

Banker.az xəbər verir ki, “Mən sadəcə Maliyyə Nazirliyinin rəhbərinə (Stephen Mnuchin) İrana qarşı sanksiyaların əhəmiyyətli dərəcədə artırılması barədə göstəriş verdim” deyə Tramp çərşənbə günü öz Twitter səhifəsində yazıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanın iki neft obyektinə hücum edilmişdir. Hücumlar “Saudi Aramco” dövlət şirkətinin müəssisələrinə edilib. Hadisə Ər-Riyadın neft hasilatını yarıdan çox azaltmasına və bu xammalın qiymətinin aşağı düşməsinə səbəb olub. Sentyabrın sonuna qədər neft hasilatının bərpa edilməsi planlaşdırılır.

Sentyabrın 16-da ərəb koalisiyası hücumlarda İranı günahlandırıb, Tehran isə bu ittihamları rədd edib.

Buna baxmayaraq, ABŞ İranı ittiham etməkdə davam edir və qətiyyətlə cavab tədbirlərə hazır olduğunu bildirib. Beləliklə, Vaşinqton artıq bölgədəki öz və müttəfiqlərinin maraqlarını qorumaq üçün qüvvələrini hazır vəziyyətə gətirmişdir.

ABŞ və İran arasındakı münasibətlər gərgin olaraq qalır. Bunun əsas səbəbi İranın 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxması olmuşdur. Qeyd edək ki, bu razılaşma nüvə inkişafının dayandırılması qarşılığında Tehrana qarşı sanksiyaların aradan qaldırılmasını nəzərdə tuturdu.