9 C
Baku
Friday, February 20, 2026

Tramp İrana saziş bağlamaq üçün 15 gün vaxt verməyə hazır olduğunu bildirib

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sazişin bağlanması üçün Tehrana maksimum 15 gün vaxt verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, razılaşmaya nail olmaq üçün 10 gün də kifayət edə bilər.

“Biz saziş bağlayacağıq və ya hər hansı bir yolla buna nail olacağıq. 10-15 gün faktiki olaraq maksimum müddətdir”, — deyə Donald Tramp jurnalistlərə bildirib.

Daha əvvəl ABŞ prezidenti “Sülh Şurası”nın ilk iclasında İran hakimiyyətini xəbərdar edərək, Tehran 10 gün ərzində saziş bağlamasa, onu “pis nəticələrin” gözlədiyini demişdi. “The Wall Street Journal” yazırdı ki, ABŞ 2003-cü ildə İraqa müdaxilədən bəri ən böyük aviasiya qruplaşmasını Yaxın Şərqə cəmləşdirir. Qəzetin məlumatına görə, Donald Trampın İranla bağlı atılacaq addımlar barədə yekun qərarı hələ qəbul edilməyib.

Son xəbərlər
Digər xəbərlər