21 C
Baku
Wednesday, June 18, 2025

Tramp İrana zərbələr endirməyi və ya problemin həllinin digər variantlarını istisna etmir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkə ya İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə qoşula bilər, ya da problemin həlli üçün başqa yol seçə bilər.

Bu barədə Tramp jurnalistlərə bildirib.

“Siz mənim nə edəcəyimi bilmirsiniz. Bəlkə mən bunu edəcəm, bəlkə də yox”, – o qeyd edib.

Tramp vəziyyətin yaxın zamanda daha aydın olacağını vurğulayıb: “Növbəti həftə çox vacib olacaq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər