ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun İranın neft sənayesinə nəzarəti ələ keçirməsini üstün tutardı.
O, bu açıqlamanı “Financial Times” qəzetinə müsahibəsində verib.
“Düzünü desəm, mən İranın neftinə nəzarəti ələ keçirmək istərdim”, – o qeyd edib.
Tramp əlavə edib ki, ABŞ daxilindəki tənqidlərə baxmayaraq, bu mövqeyi haqlı hesab edir.
Daha əvvəl, martın 26d-a keçirilən Nazirlər Kabinetinin iclasında o, həmçinin İran neftinə nəzarətin yaradılmasının mümkün addım kimi nəzərdən keçirildiyini bildirmişdi.
“Bu, variantdır”, – ABŞ Prezidenti vurğulayıb.






