Amerika lideri Donald Tramp bildirib ki, əgər Tehran ABŞ ilə danışıqlar aparmaq niyyətindədirsə, Vaşinqton bu təklifə müsbət cavab verər.
O bunu Yaponiya baş naziri Sindzo Abe ilə danışıqlar öncəsi deyib.
Bununla yanaşı Amerika lideri güman edir ki, İran “danışıqlar aparmaq istərdi”.
“Heç kim dəhşətli şeylərin baş verməsini istəmir”, — deyə CGTN Trampın sözlərini sitat gətirib.