ABŞ Prezidenti Donald Tramp iyulun 14-də İraqın Baş naziri Əli əz-Zeydi ilə görüş keçirəcək. Bu barədə Ağ evin yaydığı prezidentin iş qrafikində bildirilir.
Görüş yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 19:00) nəzərdə tutulub.
Dövlət başçıları arasında danışıqlar yerli vaxtla saat 11:15-də (Bakı vaxtı ilə 19:15) Ağ evdəki Oval kabinetdə başlayacaq. Görüş mətbuat nümayəndələri üçün açıq keçiriləcək.







