17 C
Baku
Friday, October 18, 2024

Tramp Kamala Harrisi debata çağırıb

Donald Tramp sentyabrın 10-da “ABC” telekanalında baş tutacaq Kamala Harrislə debata hazır olduğunu açıqlayıb. ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

Tramp debatın “Fox News”da yayımlanmasını müdafiə edib, lakin sonda jurnalistlərə hər yerdə iştirak edəcəyini söyləyib. “Politico” xəbər verir ki, respublikaçı həm də demokratların namizədi ilə bir neçə dəfə görüşməyə hazır olduğunu bildirib. O, debatları dövlət başçısı vəzifəsinə namizədlərin məsuliyyəti adlandırıb.

Tramp daha əvvəl də bildirmişdi ki, o, Baydenlə debat etməyə razı olsa da, Harrislə və digər demokrat namizədlə görüşməyə hazırdır. “Heç bir fərqli olmayacaq, çünki onların eyni siyasətləri var”, – respublikaçı qeyd edib.

Baydenin prezidentlik yarışını tərk etməsindən sonra “Reuters/Ipsos”un sorğusuna əsasən, Harrisi qeydə alınmış seçicilərin 44%-i, Trampı isə 42%-i dəstəkləyir.

Son xəbərlər
Digər xəbərlər