ABŞ Prezidenti Donald Tramp Kamboca ilə ticarət sazişi, eləcə də Tailandla zəruri mineral sazişləri imzalayıb.
Mərasim Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti çərçivəsində baş tutub. Sammitdə Tailand və Kambocanın baş nazirləri Anuthin Çanvirakun və Xun Manet Trampın sülh sazişi adlandırdığı münasibətlər haqqında birgə bəyannamə imzalayıblar.
“Bu gün biz həmçinin Kamboca ilə böyük ticarət sazişi və Tailandla çox vacib vacib mineral sazişi imzalayırıq”, – Tramp bildirib.
Çıxışlardan sonra bütün siyasətçilər bir sıra sənədləri imzalayıblar.






