ABŞ liderinin ticarət müşaviri Piter Navarro “CNBC” telekanalına müsahibəsində bildirib ki, prezident Donald Tramp Kanada mallarına rüsumları ikiqat artırmaq niyyətində deyil.
Telekanal qeyd edir ki, dəyişikliklər Trampın martın 12-dən etibarən Kanadadan tədarük edilən bütün polad və alüminium üçün tariflərin iki dəfə artırılaraq 50%-ə çatdırılması barədə əmr verdiyini açıqlamasından 6 saat sonra baş verib.
Navarro həmçinin bildirib ki, ABŞ-nin ticarət naziri Hovar Latnik bu məsələni yoluna qoymaq üçün çox çalışıb. Buna baxmayaraq, Ağ Evin sözçüsü Kuş Desai əlavə edib ki, “polad və alüminium üçün nəzərdə tutulan 25% tariflərin Kanada və bütün digər ticarət tərəfdaşları üçün çərşənbə günü gecə yarısı qüvvəyə minəcəyi gözlənilir.