Avqustun 1-dən ABŞ-yə gətirilən Kanada mallarına rüsumlar 25%-dən 35%-ə yüksələcək. Müvafiq fərmanı Amerika lideri Donald Tramp imzalayıb, Ağ Evin saytında deyilir.
Bildirilir ki, ABŞ, Meksika və Kanada arasındakı müqavilə çərçivəsində güzəştli tarif rejiminə uyğun gələn mallar tariflərdən azad olmağa davam edəcək. Bununla belə, “35%-lik rüsumdan yayınmaq üçün daşınan” mallara 40%-lik rüsum tətbiq ediləcək.
“The Guardian” yazır ki, Kanadanın Ontario əyalətinin Mississauqa meri Kerolin Perriş insanları ABŞ-dən “heç nə almamağa” çağırıb. Onun fikrincə, Kanada “yaşlanır”.
Avqustun 1-də Tramp onlarla ölkə üçün “qarşılıqlı” tarifləri dəyişdirən sərəncam imzalayıb. CNBC xəbər verir ki, yeni rüsumlar 10%-dən 41%-ə qədərdir. Ağ Ev sözçüsü kanala bildirib ki, yeni tarif dərəcələri avqustun 7-dən qüvvəyə minəcək.