ABŞ prezidenti Donald Tramp avqustun 1-dən Kanadadan idxal olunan bütün mallarına 35 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb, bu barədə “NBC News” məlumat verib.
“ABŞ ilə əməkdaşlıq əvəzinə Kanada öz tarifləri ilə cavab verib. 2025-ci il avqustun 1-dən etibarən biz ABŞ-yə göndərilən Kanada mallarına 35 faizlik tarif tətbiq edəcəyik”, – deyə Tramp bildirib.
İyunun sonunda Donald Tramp iyunun 30-da qüvvəyə minməli olan rəqəmsal xidmətlər vergisi səbəbindən Kanada ilə bütün ticarət danışıqlarının bitdiyini elan edib.
Buna cavab olaraq, Kanada polad idxalının müəyyən növlərinə kvota və kvotadan yuxarı olan miqdarlara 50 faiz əlavə vergi tətbiq edib. Kanadanın maliyyə naziri vurğuladyıb ki, bu tədbirlər yerli sənayeni “ədalətsiz Amerika tariflərindən” qorumaq məqsədi daşıyır.