ABŞ prezidenti Donald Tramp, üç həftədən sonra rəhbərliyin koronavirus pandemiyası səbəbiylə ölkədə tətbiq olunan tədbirləri ləğv edə biləcəyini açıqlayıb. Belə ki, bu təhlükə Amerika iqtisadiyyatına xələl gətirə bilər və əhalinin üçdə bir hissəsinin tibb xidmətlərini qarşılamağa pulu yoxdur.
“Pasxa bayramına kimi sərhədlərimizi aça bilsəydik, çox xoşbəxt olardım”, – Banker.az xəbər verir ki, bu barədə prezident “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.
Qeyd edək ki, katolik və protestant kilsələri bu il Pasxa bayramını aprelin 12-də qeyd edəcəklər.
“Bayramda ölkədəki bütün kilsələr insanlarla dolacaq. Düşünürəm ki, bu çox əla bir dövr olacaq”, – deyə prezident hər il ABŞ-da soyuqdəymə və qripdən minlərlə insanın öldüyünü qeyd edir.
“Lakin hər il ölkənin sərhədlərini bağlamırıq, – ABŞ prezidenti vurğulayır. – Həkimlərin təyin etdiyi dərman virusdan daha pisdir və mənim fikrimcə, bütün bunların davam etməsinə icazə versək daha çox insan öləcək”.
Bununla yanaşı, mütəxəssislər ABŞ-dakı böhranın pik nöqtəsinə çatmayacağına inanırlar və sosial təcrid tədbirlərini sərtləşdirməyi tövsiyə edirlər.