26 C
Baku
Friday, April 19, 2024

Tramp Kim Çen Inı ABŞ-a dəvət etmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Şimali Koreya lideri Kim Çen Inla növbəti görüşü yanvar və ya fevral ayında baş tuta bilər.

Banker.az bildirir ki, onun sözlərini “Reuters” agentliyini sitat gətirir.

Tramp Kim Çen Inla mümkün görüş yeri kimi üç variantı nəzərdən keçirir.

Ağ EV başçısı bildirib ki, Şimali Koreya prezidentini ABŞ-a dəvət etmək niyyətindədir.

Xatırladaq ki, Trampla Kim Çen In arasında sonuncu görüş 2018-ci ilin yayında Sinqapurda keçirilib.

oxu.az

Son xəbərlər
Digər xəbərlər