2 C
Baku
Saturday, December 14, 2024

Tramp Kim Çen Inı öz dostu adlandırdı

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inı öz dostu adlandırıb və Şimali Koreyanın tezliklə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Bu barədə Interfax informasiya agentliyinə istinadla xəbər verir.

“Vyetnam çiçəklənir. Əgər Şimali Koreya nüvəsizləşdirmə prosesinə qərar versə o da beləcə inkişaf edəcək və bu, tezliklə baş tutacaq. KXDR nəhəng potensiala malikdir, bu, tarixdə indiyədək heç kimin əlinə düşməyən gözəl imkandır – bu, dostum Kim Çen In üçün şansdır”, – Donald Tramp özünün “Twitter” səhifəsində belə yazıb.

Kim Çen In və Donald Tramp ABŞ-KXDR sammitində iştirak etmək üçün dünən Vyetnamın paytaxtı Hanoya gəliblər.

Hələlik iki ölkə liderinin səfər və danışıqlar proqramı barədə yalnız fevralın 27-nə nəzərdə tutulan 20 dəqiqəlik qısa “təkbətək formatda” görüşün və ardından hər iki ölkənin nümayəndə heyətinin yüksək vəzifəli üzvləri üçün işgüzar naharın baş tutacağı məlumdur. Danışıqların əsas hissəsi isə fevralın 28-nə planlaşdırılıb.

Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda keçirilmişdi. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən birgə bəyanat imzalamışdılar. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.(AZƏRTAC)

Son xəbərlər
Digər xəbərlər