23 C
Baku
Saturday, October 25, 2025

Tramp Kim Çen Inlə görüşə hazır olduğunu açıqlayıb

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Asiya turu zamanı Şimali Koreya lideri Kim Çen Inlə görüş keçirməyə tam açıqdır.

Amerika lideri bunu təyyarəsində jurnalistlərlə söhbətində bildirib.

“Mən buna tamamilə hazıram. Onunla münasibətlərim yaxşıdır”, – Tramp vurğulayıb.

Ağ Evin mətbuat katibi Kerolayn Livittin açıqlamasına görə, Tramp səfər çərçivəsində Malayziya, Yaponiya və Cənubi Koreyaya baş çəkəcək. O, təkcə ikitərəfli danışıqlar deyil, həm də ASEAN və APEC xətti ilə keçiriləcək tədbirlərdə iştirak edəcək.

Oktyabrın 30-da isə Cənubi Koreyada Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında danışıqların keçirilməsi planlaşdırılır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər