ABŞ prezidenti Donald Tramp Ukraynaya yüz milyonlarla dollar dəyərində yeni silah və hərbi texnika paketi vermək imkanını nəzərdən keçirir.
Bu barədə “Politico” qəzeti məlumat yayıb.
Qəzetin adı açıqlanmayan iki şəxsə istinadən yaydığı məlumata görə burada söhbət, Trampın dövlət başçısı kimi səlahiyyətlərindən istifadə edərək Kiyevə artıq hazır və Pentaqonun anbarlarında olan silahlarını göndərmək imkanından gedir.
Trampın göndərməyi nəzərdən keçirdiyi silahlar ABŞ-ın əvvəlki administrasiyası dövründə Konqres tərəfindən təsdiqlənmiş Ukraynaya hərbi yardım fondlarına daxil olan silahlardır ki, bu paketin təxmini dəyəri 3,8 milyard dollardır.
Bənzəri məlumatı cümə axşamı “Reuters“ agentliyi də yayıb. Agentliyin məlumatına yeni silah tədarükünün həcmi 300 milyon dollara çata bilər.