Prezident Donald Tramp Konqresin bir gün əvvəl qəbul etdiyi 900 milyard dollarlıq yardım paketini imzalamaqdan imtina edib.
Banker.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə o öz “Twitter” səhifəsində yazıb.
“Konqresdən bu qanuna düzəliş edilməsini və gülünc dərəcədə aşağı olan 600 dollar məbləğini 2 min və 4 minə qaldırılmasını xahiş edirəm”, – deyə prezident söyləyib.
Tramp başqa ölkələrə yardım, teatrlara, muzeylərə və ətraf mühit proqramlarına dəstək üçün vəsait daxil olmaqla, lazımsız hesab etdiyi qanunun maddələrini sadalayıb.
Bundan əvvəl ABŞ Konqresindəki Demokratik və Respublikaçı partiyaların nümayəndələri ölkənin əhalisinə və müəssisələrinə 900 milyard dollar məbləğində iqtisadi yardım proqramı barədə razılığa gəliblər. Bu plana görə, ABŞ-da hər bir işsiz həftədə 300 dollar əlavə müavinət alacaq.
Daha əvvəl qeyd edildiyi kimi, 900 milyard dollar həcmində iqtisadi yardım paketi 2021-ci ilin 1.4 trilyon dollarlıq büdcəsinin bir hissəsidir.