ABŞ prezidenti Donald Tramp, koronavirusla bağlı müşavirə keçirdiyini və vəziyyəti yaxından izlədiyini söyləyib.
Bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Twtter” hesabında yazıb.
“Çin ilə yaxından əməkdaşlıq edən bütün qurumlarımız, koronavirus haqqında mənə məlumat veriblər. Hadisələri izləməyə davam edəcəyik. Dünyada ən yaxşı mütəxəssislər bizim ölkədədir və onlar bu istiqamətdə günün 24 saatı, həftənin yeddi günü işləyirlər” – deyə Tramp özünün “Twitter”dəki səhifəsində yazıb.
Qeyd edək ki, ABŞ koronavirusla mübarizə aparmaq məqsədilə ölkənin sanitar qurumunun – Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin mütəxəssislərini Çinə göndərəcək.