ABŞ prezidenti Donald Tramp strateji bitkoin ehtiyatının yaradılması haqqında sərəncam imzalayıb. Ağ Evin süni intellekt və kriptovalyutalar “çarı” olan iş adamı David Saks bildirib ki, ehtiyat fonuna ABŞ-nin artıq sahib olduğu kriptovalyutalar daxil olacaq.
Cənab Tramp bu fərmanla həmçinin ABŞ-nin rəqəmsal aktivləri ehtiyatını yaradıb. David Saks vurğulayıb ki, bu, cinayət və ya mülki proseslərdə müsadirə edilmiş bitkoinlərdən başqa bütün aktivlərə aiddir.
Yanvar ayında bitkoinin qiyməti ABŞ prezidentinin kriptovalyutalarla bağlı siyasətə yenidən baxmaq planları fonunda rekord həddə – 109.5 min dollara çatıb. Donald Tramp rəqəmsal aktivlərin tənzimlənməsi ilə bağlı yeni qaydaların işlənib hazırlanması, habelə onlar üçün milli ehtiyatın yaradılmasının öyrənilməsi üçün işçi qrupun yaradılmasına göstəriş verib. Qrupa ABŞ-nin əsas federal qurumlarının, o cümlədən Xəzinədarlıq Departamentinin, Ədliyyə Departamentinin və Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) nümayəndələri daxildir.