ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp kriptovalyutanın inkişafının Birləşmiş Ştatların milli prioriteti elan edilməsi ilə bağlı fərman imzalamağı planlaşdırır.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Tramp bu sahənin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılması üçün kriptovalyuta üzrə məşvərət şurası yaratmağı planlaşdırır. Gələcəkdə kriptovalyuta ilə bağlı məhkəmə təhqiqatlarının (məsələn, Binance kriptovalyuta birjasına qarşı iddia) dayandırılması mümkündür.
Agentlik yazır ki, əlavə olaraq milli kriptovalyuta ehtiyatının formalaşdırılması imkanı da nəzərdən keçirilir.