28 C
Baku
Sunday, August 10, 2025

Tramp Kubaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair memorandum imzalayıb

ABŞ prezidenti Donald Tramp ABŞ-nin Kuba ilə bağlı siyasətini sərtləşdirməyə dair memorandum imzalayıb. Sənədin mətni Ağ Evin saytında dərc olunub.

Memorandum ABŞ vətəndaşlarının Kubaya səyahətinə qadağa qoyur. ABŞ həmçinin Kubaya qarşı iqtisadi embarqonu saxlamaq və BMT-də və digər beynəlxalq məkanlarda onun ləğvi cəhdlərinə qarşı çıxmaq niyyətindədir.

Kubanın xarici işlər naziri Bruno Rodriqez Parrilya ABŞ-nin sanksiyalarının sərtləşdirilməsini “X” sosial şəbəkəsində “cinayət” adlandırıb.

2025-ci ilin yanvarında Donald Tramp keçmiş prezident Co Bayden administrasiyasının Kuba ilə bağlı bir sıra qərarlarını, o cümlədən Kubanı ABŞ-nin terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarmaq və Kuba qurumları ilə maliyyə əməliyyatlarına qoyulan məhdudiyyətləri aradan qaldırmaq haqqında memorandumu ləğv edib.

Son xəbərlər
Digər xəbərlər