ABŞ prezidenti Donald Tramp ticarət tariflərinə qarşı məhkəmə qərarının ölkə üçün iqtisadi çöküş demək olacağını bildirib. Bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, mayın 28-də ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Donald Trampın tariflərini qanunsuz hesab edib. Məhkəmə aprelin 2-də 185 ölkəyə tətbiq edilən tarifləri, eləcə də Çin (30%), Kanada və Meksikaya (25%) qarşı idxal rüsumlarını bloklayıb. Bildirilir ki, tariflər yeni qərar çıxarılana qədər qüvvədə qalacaq.
ABŞ-nin ticarət naziri Hovard Lutnik tariflərin bloklanması qərarını “ağılsızlıq” adlandırıb. O, məhkəmənin qərarından asılı olmayaraq tariflərin qüvvədə qalacağını bildirib.