ABŞ Prezidenti Donald Tramp maaşını koronavirusla mübarizə üçün ölkənin Səhiyyə və Sosial Xidmətlər Nazirliyinə köçürüb.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Stefani Qrişam “Twitter”də məlumat yayıb.
Onun sözlərinə görə, Tramp keçən ilin dördüncü rübündəki bütün maaşını – 100 min dollar vəsaiti nazirliyin hesabına köçürüb.
“Donald Tramp Prezident olduğu müddətdə maaşını bağışlamaq öhdəliyi götürdü. O, sözünə əməl edərək və Amerika xalqının təhlükəsizliyi üçün 2019-cu ilin dördüncü rübündəki maaşını koronavirusla mübarizə səylərini dəstəkləmək məqsədilə Səhiyyə və Sosial Xidmətlər Departamentinə bağışladı”, – deyə mətbuat katibi əlavə edib.
Stefani Qrişam sosial şəbəkə hesabınnda ödəniş qəbzinin fotosunu paylaşıb.
©Azvision