14 C
Baku
Tuesday, December 2, 2025

Tramp Maduradan 28 noyabradək Venesuelanı tərk etməyi tələb edib

ABŞ prezidenti Donald Tramp 21 noyabrda Venesuela prezidenti Nikolas Maduroya telefonla zəng edərək onun ailəsi ilə birlikdə 28 noyabradək ölkəni təhlükəsiz şəkildə tərk etməsini təklif edib, bu barədə mənbələrə istinadən “Reuters” məlumat verib.

Agentliyin həmsöhbətlərinin məlumatına görə, cənab Maduro ABŞ prezidentinə bildirib ki, o, yalnız özünə və ailəsinə tam hüquqi amnistiya verildiyi və bütün ABŞ sanksiyaları ləğv edildiyi təqdirdə Venesuelanı tərk etməyə hazırdır. Venesuela prezidenti həmçinin hökumətin 100-dən çox rəsmisinə qarşı sanksiyaların götürülməsini tələb edib. “Reuters”in məlumatına görə, cənab Tramp bu şərtləri qəbul etməyib.

Bu müddətin başa çatması Trampın 29 noyabrda Venesuela üzərində hava məkanının bağlanmasını elan etməsi ilə üst-üstə düşüb. “Reuters” mənbələrinin məlumatına görə, Maduro hazırda ABŞ prezidenti ilə yeni telefon danışığı üçün müraciət edib.

Son xəbərlər
Digər xəbərlər