13 C
Baku
Monday, January 12, 2026

Tramp: Maduro əfv edilməyəcək, belə bir imkan yoxdur

Nikolas Maduro əfv edilməyəcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “The New York Times“ qəzetinə müsahibəsində deyib.

“Xeyr. Mən belə bir imkan görmürəm”, – Tramp Maduronun əfv edilə biləcəyi barədə hər hansı ssenarinin olub-olmadığı ilə bağlı suala cavabında bildirib.

Xatırladaq ki, yanvarın 3-də Maduro və həyat yoldaşı ABŞ hərbi qüvvələri tərəfindən keçirilən əməliyyatla həbs edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər