4 C
Baku
Friday, December 26, 2025

Tramp Makrondan rəqəmsal verginin ləğvini tələb edib

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla görüşündə NATO məsələsini müzakirə edib, həmçinin rəqəmsal verginin ləğvini tələb edib.

Bu barədə Ağ Ev bildirib.

Qeyd edilir ki, liderlər NATO-nun sammiti ərəfəsində Londonda görüşüblər.

“Liderlər NATO-nun sammiti ərəfəsində prioritet məsələləri, energetika və İran üzrə sonrakı addımları müzakirə ediblər. Prezident Tramp Fransanın Amerika şirkətləri üçün bərabər imkanları təmin etməsinin, ticarət məhdudiyyətlərinin, həmçinin rəqəmsal xidmətlərdə vergilərin aradan qaldırılmasının əhəmiyyətini vurğulayıb”, – Ağ Evin xəbərində deyilir.

©Report

Son xəbərlər
Digər xəbərlər