8 C
Baku
Wednesday, December 25, 2024

Tramp maliyyə naziri vəzifəsinə investor Skott Bessentin namizədliyini irəli sürüb

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp sərmayədar Skott Bessentin maliyyə naziri təyin edilməsini təklif edib. Respublikaçı “Truth Social”a bildirib ki, cənab Bessent dünyanın aparıcı investorlarından və strateqlərdən biri kimi tanınır.

Cənab Bessentin 62 yaşı var. O, prezidentlik yarışı zamanı cənab Trampa iqtisadi siyasətlə bağlı məsləhətlər verib, eyni zamanda “Key Square Capital Management” hedcinq fondunun təsisçisi olub.

Tramp həm də Ağ Evin idarəetmə və büdcə direktoru vəzifəsinə Rassel Votun namizədliyini irəli sürmək niyyətindədir. O, cənab Trampın birinci dövründə də eyni vəzifəni tutub.

Qeyd edək ki, maliyyə naziri vəzifəsini 2021-ci ildən Janet Yellen tutur. O, Co Bayden vəzifəyə gəldikdən sonra təyin edilib.

Son xəbərlər
Digər xəbərlər