2 C
Baku
Thursday, February 27, 2025

Tramp martın 4-dən Meksika, Kanada və Çindən idxal edilən mallara rüsum tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp martın 4-dən etibarən Meksika və Kanadadan gətirilən mallara 25 % rüsum tətbiq etmək niyyətində olduğunu təsdiqləyib.

O, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Tramp həmin tarixdən etibarən Çindən gələn mallara da 10 % əlavə rüsumun tətbiq ediləcəyini vurğulayıb.

O, bu qərarı “Meksika və Kanadadan narkotik vasitələrin külli miqdarda daxil olmaqda davam etməsi” ilə əsaslandırıb.

“Bu narkotiklərin böyük hissəsi Çin tərəfindən istehsal olunur və tədarük edilir”, – ABŞ Prezidenti yazıb.

Xatırladaq ki, Tramp fevralın əvvəlində Meksika və Kanadadan idxal edilən mallara 25 %, Çindən gətirilən mallara isə 10 % rüsumun tətbiq edilməsi haqqında fərman imzalayıb.

Son xəbərlər
Digər xəbərlər