ABŞ Qəzza zolağında müharibə başlayandan bəri əlaqə qurmayan İsrailin Baş naziri Binyamin Netanyahu ilə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi arasında görüş təşkil etməyi düşünür.
Bu barədə məlumatlı mənbələrə istinadən “Axios” məlumat yayıb.
Qeyd olunub ki, Vaşinqton Netanyahunun Misirlə strateji qaz sazişini təsdiqləyəcəyini və Əs-Sisini görüşə razı salmaq üçün əlavə addımlar atacağını gözləyir.
Məqalədə deyilir: “Bu vacibdir, çünki ABŞ iqtisadi diplomatiya vasitəsilə İsrail və ərəb ölkələri arasında münasibətləri yaxşılaşdırmağa çalışır”.








