6 C
Baku
Wednesday, March 5, 2025

Tramp nadir torpaq metalları ilə bağlı “tarixi qərar” verəcəyini açıqlayıb

Prezident Donald Tramp Konqresdəki çıxışı zamanı deyib ki, ABŞ yaxın günlərdə nadir torpaq metallarının istehsalını artırmaq üçün “tarixi qərar” verəcək.

“Bu həftənin sonunda mən nadir torpaq metallarının istehsalını əhəmiyyətli dərəcədə genişləndirmək üçün tarixi qərar verəcəyəm”, – ABŞ rəhbəri söyləyib.

Xatırladaq ki, daha əvvəl ABŞ Ukrayna ilə mineral ehtiyatlar üzrə saziş bağlamaq istəyib. Lakin onun imzalanması Volodimir Zelenski ilə Donald Tramp arasında keçən uğursuz danışıqlardan sonra baş tutmayıb.

Rusiya prezidenti Vladimir Putin nadir torpaq metallarının hasilatı layihələrində ABŞ-yə əməkdaşlıq təklif etməyə hazır olduğunu bəyan edib və cənab Tramp bu ideyanı dəstəkləyib.

Son xəbərlər
Digər xəbərlər