10 C
Baku
Friday, January 9, 2026

Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizədə növbəti hədəf kimi Meksikanı göstərib

ABŞ-yə Venesueladan narkotiklərin dəniz yolu ilə daşınması demək olar ki, tamamilə dayandırılıb, indi isə məqsəd Meksikadan quru yolu ilə narkotik tədarükünü qeyri-mümkün etməkdir. Bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Venesueladan çıxan narkotik yüklü demək olar ki, bütün katerləri məhv edib və hazırda həmin ərazidə katerlər hətta balıq ovuna çıxmaqdan belə çəkinirlər.

“Biz dəniz yolu ilə narkotik qaçaqmalçılığının 97%-ni kəsmişik və indi artıq quruda — kartellərə qarşı zərbələr endirməyə başlayırıq. Kartellər Meksikanı idarə edir. Bu ölkənin nə vəziyyətə düşdüyünü görmək çox-çox ağırdır. Amma hər şeyə kartellər nəzarət edir və onlar hər il ölkəmizdə 250–300 min insanın ölümünə səbəb olur”, — deyə Tramp bildirib.

“Narkotiklər dəhşətdir. Onlar ailələri məhv edib. Bilirsiniz, insanlar övladlarını və ya valideynlərini itirirlər. Valideynlər də narkotiklərdən ölür”, — deyə ABŞ prezidenti əlavə edib.

Meksika ilə cənub sərhədində qayda-qanunun bərpası Trampın ilk prezidentliyi dövründə əsas mövzulardan biri və açıq sərhədlərin tərəfdarı olan demokratlarla sərt mübarizəsinin mərkəzində olub. İlk prezidentlik müddətində (2016–2020) Tramp Meksika ilə sərhəd boyunca divar tikintisi üzrə irimiqyaslı layihəyə start verib. Lakin aralıq seçkilərdə demokratlar Nümayəndələr Palatasında çoxluğu qazanaraq layihənin maliyyələşdirilməsini bloklayıblar.

Son xəbərlər
Digər xəbərlər