7 C
Baku
Monday, March 9, 2026

Tramp neftin qiymət artımını təhlükəsizlik üçün kiçik ödəniş adlandırıb

ABŞ Prezidenti Donald Tramp neftin qiymətlərinin artımını təhlükəsizlik üçün ödəniş olduğunu bildirib.

O, bunu “Truth Social” sosial şəbəkəsində yazıb.

“Neftin qısa müddətli artan qiyməti İranın nüvə təhdidi aradan qaldırıldıqdan sonra düşəcək, – bu ABŞ-nin və dünyanın təhlükəsizliyi üçün kiçik ödənişdir”, – Tramp qeyd edib.

Daha əvvəl London ICE birjasında “Brent” markalı neftin qiyməti təxminən 20 % artaraq, 5 iyul 2022-ci ildən bəri ilk dəfə barel üçün 111 dolları keçib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər