Tramp neftin qiymətinin düşməsinə görə özünü tərifləyib

ABŞ prezidenti Donald Tramp neftin qiymətinin düşməsinə görə özünü tərifləyib.

Banker.az bildirir ki, müvafiq mətni ABŞ prezidenti öz Twitter səhifəsində yerləşdirib.

Yazıda deyilir: “Yaxşı ki, neftin qiyməti düşür (sağ olun, prezident T.). Bunu da vergilərin azaldılması kimi digər iqtisadiyyat xəbərlərinə əlavə edin. İnflyasiyanın azalması (siz dinləyirsiniz, FES!)”.

Qeyd edək ki, noyabrın 23-ü Brent markalı neftin qiyməti 59 dollardan aşağı düşüb.

Son xəbərlər
Digər xəbərlər