ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun sonda Fələstin dövlətini tanımağa razı olacağına əminliyini bildirib.
O, bu fikri “CBS News”a müsahibəsində səsləndirib.
İsrail Baş nazirini razı sala bilib-bilməyəcəyi ilə bağlı suala cavab olaraq Tramp Netanyahu ilə münasibətlərində hər şeyin qaydasında olduğunu və onu “müharibə dövrünün baş naziri” və “çox istedadlı insan” adlandırdığını söyləyib.
“Mən onunla çox yaxşı işləmişəm. Onu bir az bu və ya digər tərəfə itələməli oldum”, – Tramp əlavə edib.








