6 C
Baku
Wednesday, February 12, 2025

Tramp Netanyahu ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünün planlaşdırıldığını təsdiqləyib.

ABŞ Prezidenti görüşün vaxtı ilə bağlı bunun çox tezliklə baş tutacağını bildirib.

İsrail hökuməti hələlik bu məlumatı şərh etməyib. Netanyahu son dəfə 2024-cü ilin iyulunda Prezident Cozef Baydenlə görüşmək üçün ABŞ-yə səfər edib.

Daha əvvəl İsrailin “Walla” portalı mənbələrə istinadən bildirib ki, İsrailin Baş naziri fevralın 3-dən 5-dək Vaşinqtonda səfərdə olacaq.

Yanvarın 29-da Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff HƏMAS ilə sazişin həyata keçirilməsini Netanyahu ilə müzakirə etmək üçün İsrailə gedəcək.

Son xəbərlər
Digər xəbərlər