Tramp niyə Hindistanı seçir? – şərh

Hindistanın Baş N-i Narenda Modi və Tramp aeroportda qucaqlaşıb sağollaşarkən /Forbes

AMERİKA Birləşmiş Ştatlarında (ABŞ) noyabr ayında keçiriləcək prezident seçkisi kampaniyasının qızğın çağında Ağ Ev sahibi Donald Tramp, xanımı və böyük heyətlə Hindistana iki günlük səfər edib. Tramp bu ərəfədə niyə məhz Hindistanı seçib?

Birincisi, əhalisinin sayına görə Çindən sonra dünyanın ikinci ən böyük dövləti olan Hindistanda Donald Trampa simpatiya böyükdür. Hindistan həm də əhalisinin sayına görə dünyanın ən böyük demokratik ölkəsi sayılır. Təsadüfi deyil ki, Hindistanın baş naziri Narenda Modi sosial şəbəkədə yazdığı statusda Hindistanla Amerikanın demokratiya və fikir müxtəlifliyinə sadiq dövlətlər adlandırdı.

“Bizim üçün qonaq Allahdır”

Çindən fərqli olaraq Hindistanda müxtəlif siyasi partiyalar var və seçkilər şəffav keçirilir. Ona görə də Amerika prezidentləri illərdir səfər yeri kimi Çini deyil Hindistanı seçirlər. Narenda Modinin Trampla qucaqlaşarkən “bizim üçün qonaq Allahdır” ifadəsini işlətməsi Dehlinin Vaşinqtonla münasibətlərə verdiyi dəyərdən xəbər verir.

İkincisi, müxtəlif hesablamalara görə, Hindistan əhalisinin 50 faizi Trampı dəstəkləyir. Bu yüz milyonlarla insan deməkdir. Təsadüfi deyil ki, Trampın səfərinə başladığı Əhmədabat şəhərində 22 kilomert boyu Ağ Ev sahibini yüz minlərlə insan qarşılayıb. Tramp hakimiyyətdə olduğu dövrdə ilk dəfəydi bu cür qarşılanma mərasimiylə üzləşirdi. Bu cür qarşılanmadan sonra Tramp şəhərin yüzminlik stadionunda hidistanlılar qarşısında nitq söyləyib. Tramp bəlkə də Amerikada öz ünvanına bu qədər insanın eşitmədiyini tərif dolu sözləri stadionda hindistanlıların dilindən eşidib:

“Tramp, biz Səni sevirik!”

Üçüncüsü, Donald Tramp hakimiyyətə gəldiyi gündən bu yana bir çöx dövlətə qarşı iqtisadi sanksiyalar tətbiq etdi. Vaşinqton yalnız Çinə qarşı deyil, qonşusu olan Meksika və Kanadaya qarşı da sərt ticarət tələbləri irəli sürdü. Tramp hətta NATO-dakı tərəfdaşlarını da zaman-zaman hədələdi. Hindistan bəlkə də yeganə böyük ölkədir ki, Trampın bu dövlətə qarşı heç bir sərt tələb olmayıb. Əksinə Amerika ilə Hindistan arasında ticarət əlaqələrinin miqyası artır. Amerika Hindistanın əsas ticarət tərəfdaşıdır.

Dördüncüsü, Hindistan Amerika ilə hərbi əməkdaşlığı inkişaf etdirmək istəyir. Hindistan tək-tük ölkələrdəndir ki, həm Rusiyadan, həm də Amerikadan silah alır. Bu dəfə Donald Tramp Hindistana dəyəri 3 milyard dollar dəyərində helikopterlər satmağı planlaşdırır. Amerika 2007-ci ildən bu yana Hindistana 17 milyard dollar həcmində hərbi texnika satıb.

Tramp və onun həyat yoldaşının rəsimləri çəkilir

Donald Trampın Hindistana səfərini diqqətlə izləyən 3 dövlətin adını çəkmək olar: Çin, Pakistan və Rusiya. Birinci iki dövlətin qonşu Hindistanla münasibətləri soyuqdur. Ona görə də Trampın Hindistana səfərini və imzalanan hərbi anlaşmaları həm İslamabad, həm də Pekin özləri üçün təhlükə kimi qiymətləndirəcəklər. Rusiyaya gəldikdə isə Moskva da Trampın Hindistanda bu cür sevgi ilə qarşılanmasından narahat olmaya bilməz. Rusiya prezidenti Vladimir Putin Hindistana səfəri zamanı Tramp qədər coşquyla qarşılanmamışdı. Digər tərəfdən Hindistana ən çox hərbi texnika satan ölkə Rusiyadır. Amerika bu bazarda Rusiyanı sıxışdırmağa çalışır. Bu da Kremli narahat etməyə bilməz.

Elxan Şahinoğlu,
“Atlas” Araşdırmalar Mərkəzi


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları