3 C
Baku
Monday, December 5, 2022

Tramp noyabrın 15-də “vacib bəyanat”la çıxış edəcəyini açıqlayıb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp noyabrın 15-də Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında “vacib bəyanat”la çıxış etməyə hazırlaşır.

O, bu barədə Ohayo ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Onun fikrincə, Respublikaçılar Partiyasının ABŞ Konqresinin hər iki palatasında səs çoxluğu qazana biləcəyi 8 noyabr tarixli aralıq seçkilər ölkəni xilas edə bilər.

Xatırladaq ki, daha əvvəl CNN D.Trampın Ohayoda keçirilən mitinqdə 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını elan edəcəyi barədə xəbər vermişdi.

Son xəbərlər
Digər xəbərlər
X